Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanı təhlükəsizlik sahəsində əsas tərəfdaş adlandırıb.
“Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı Rusiyadır, Ermənistan Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qoşun qruplaşması və hava hücumundan birgə regional müdafiə sistemi haqqında müqavilələr var. KTMT bizim əsas təhlükəsizlik sistemimizdir”, - Paşinyan şənbə günü rəhbəri olduğu partiyanın üzvləri ilə görüşdə bəyan edib.
Onun özlərinə görə, həmçinin Ermənistan regional təhlükəsizliyin təminatı məsələləri ilə bağlı İran və Gürcüstanla əməkdaşlıq etməlidir. **