Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla növbəti dəfə telefon danışığı aparıb, Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilib.
“Söhbət zamanı bölgədəki və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazidəki vəziyyət müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, telefon danışığı bu gün baş tutub.
Xəbər verildiyi kimi, V.Arutyunyan mayın 28-də Moskvada səfərdə olub və Şoyqu ilə danışıqlar aparıb.*