Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun ikinci ongünlüyündə Belçika və Azərbaycana səfərlər edəcək. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, Ərdoğan iyunun 13-14-də Brüsselə səfər edəcək və NATO rəhbərliyi ilə danışıqlar aparacaq.
Ərdoğan Brüsseldən Azərbaycana səfərə gedəcək.
Daha əvvəl Prezident İlham Əliyev bəyan etmişdi ki, Türkiyə liderinin Azərbaycana səfəri çərçivəsində onların Şuşa şəhərinə səfəri planlaşdırılıb. Dövlət başçıları Şuşada tikintisi Türkiyə tərəfindən maliyyələşdiriləcək məktəbin təməlini qoyacaqlar.*
N.Abbasova