Qazaxıstan Senatı iyunun 3-də keçiriləcək iclasda “Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair sazişin ratifikasiyası haqqında” qanun layihəsinə baxmağı planlaşdırır. Bu barədə Senatın mətbuat xidmətindən məlumat verilib.
Sazişin əsas məqsədi miqrasiya sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi əsasların yaradılması, qanunsuz miqrasiyaya qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Sənədə əsasən, zəruri hallarda tərəflər miqrasiya qanunvericiliyinin pozulması halları, qanunsuz miqrasiya kanalları, hər iki ölkə ərazisində fəaliyyət göstərən və qanunsuz miqrasiyanın təşkili və həyata keçirilməsində iştirak edən fiziki və hüquqi şəxslər barədə məlumat mübadiləsi apara biləcəklər.*
X.Nəsirzadə