Prezident İlham Əliyev Ağdam və Tərtər rayonlarında 20 ədəd subartezian quyusunun qazılması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə dövlət büdcəsindən 1,4 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu addım Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya tələbatının ödənilməsinə yönəldilib.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
R.Əhmədov