1 may 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,77 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayın 1-nə Bakıda 1,453 min ədəd (artım 1,7%), bölgələrdə 1,317 min ədəd (artım 2,4%) bankomat quraşdırılıb.
2021-ci il mayın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 59,036 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3,4% çoxdur.
Bununla yanaşı, Bakıda 38,753 min ədəd (artım 3%), regionlarda 20,283 min ədəd (artım 4,1%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 57,595 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,6%-i quraşdırılıb.*
X.Nəsirzadə