Azərbaycan hərbçiləri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova