Azərbaycanda koronavirus infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 333,956 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 141 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4913 nəfərə çatıb.
Virusa yoluxmuş 324,565 min nəfər (sutka ərzində +462) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 4 min 478 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4815 (ötən gün 5535 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 513,989 min test aparılıb.*
B.Rüstəmbəyov