İyunun 10-dan etibarən Rusiya Belarus, Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiyaya uçuşların sayını artırır. Bu barədə Operativ Qərargah məlumat verib.
Operativ Qərargah iyunun 10-da qarşılıqlı əsasda Yunanıstanla Moskva-Afina marşrutu, Azərbaycanla (Moskva-Bakı), Ermənistanla (Moskva-İrəvan), Qətərlə (Moskva-Doha), Özbəkistanla (Moskva-Daşkənd) və Tacikistanla (Moskva-Duşanbe) aviareyslərin sayını həftədə iki dəfəyə qədər artırmaq barədə qərar qəbul edib. **