Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0785 manat/1EUR (mayın 31-nə 2,0738 manat/1EUR) səviyyəsində müəyyən edilib.
AMB iyunun 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0232 manat/1RUB (mayın 27-nə 0,0231 manat/1RUB) səviyyəsində saxlayıb.**
Ə.Məmmədov