“Azərişıq” ASC Abşeron rayonunda Novxanı qəsəbəsi ərazisində yarımstansiyanın tikintisi üçün podratçı seçiminə dair tenderin müddətini uzadıb.
İşlərin həcminə mövcud 35/6 kV-luq 1x10 MVA gücündə 143 saylı yarımstansiya əvəzinə yeni 35/6 kV-luq 2x10 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması işləri daxildir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 350 manatdır.
Şirkətlərdən tender təklifləri 1 iyul saat 12:00-dək qəbul olunur. Tender proseduru 2 iyul saat 12:00-da baş tutacaq.
Əlaqə telefonu: 440-39-93 (внут. 92-19).
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov