2021-ci il mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 460,4 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 1,4% artıb.
May ayında AMB-nin valyuta ehtiyatları 1,4% və ya $92,8 milyon artıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.**
A.Əzizov