2021-ci il may ayının 31-nə Azərbaycanda pul bazasının həcmi 13 milyard 856,8 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-may aylarında pul bazası 2,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
O cümlədən, cari ilin may ayında pul bazası 575,2 milyon manat və ya 4,3% artıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.**
A.Əzizov