Fransa prezidenti Emanuel Makron cari ilin payızında Ermənistana səfər edəcək. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“Fransa prezidenti Ermənistana səfər etyməyi planlaşdırır, hansı ki, ötən il koronavirusa görə baş tutmayıb. Payızda sizi İrəvanda gözləyirik”, - Paşinyan bu gün Yelisey sarayında Makron ilə birgə brifinqdə bildirib.
O, 2020-ci ilin payızında Qarabağ müharibəsi dövründə dəstəyə görə Fransaya minnətdarlılğı bildirib və regionda uzunmüddətli sülhünb yaradılmasına səy göstərməyə hazırlıq ifadə edib.
“Biz Qarabağ məsələsinin həllində və regionda uzunmüdətli sülhün bərqərar olunmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın roluna önəm veririk. Həmsədr qismində Fransa regionumzda sabitliyin və uzunmüddətli sülhün qurulmasında məsuliyyət və marağa malikdir”, - Paşinyan deyib.
O qeyd edib ki, Makron ilə danışıqlar zamanı ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ dair danışıqların bərpası imkanları müzakirə olunacaq. **