Fransa prezidenti Emanuel Makron Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası probleminin həllinə köməklik etməyə hazır olduğunu bildirib.
“Fransa disskusiyaların keçirilməsinə yardım etməyə hazırdır”, - deyə o, Parisdə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
Fransa prezidenti qeyd edib ki, “sərhədlərin delimitasiya yalnız danışıqlar yolu ilə aparılmalıdır. Burada yerlərdə real vəziyyətə istinadlar, xüsusilə güc tətbiqi qəbuledilməzdir”.
Eyni zamanda, Makron bəyan edib ki, “Azərbaycan hərbçiləri Ermənistanın suveren ərazisini tərk etməlidirlər. Tərəflər 11 may tarixli mövqelərə qayıtmalıdırlar”. **