2021-ci ilin iyul ayında Azərbaycanda xam neft hasilatının həcmi gündəlik 620 min barrel təşkil edəcək. Bu barədə Energetika Nazirliyi məlumat verib.
Bu hasilat həcmi çərşənbə axşamı OPEC+ ölkələrin nazirlərinin keçirilən 17-ci iclasında təsdiq olunub.
Nazirlikdən vurğulanır ki, öncə əldə edilən razılığa əsasən, iyulda Azərbaycanda neft hasilatı 10 min barrel artırılacaq.
“İclasda OPEC+ sazişinin iştirakçıları hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq veriblər”, - nazirliyin məlumatında deyilir. **
R.Əhmədov