Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan bu ölkədə RF FTX-nin Sərhəd İdarəsinin rəisi general-leytenant Roman Qolubitski ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib.
“Arutyunyan RF FTX Sərhəd İdarəsinə səfəri zamanı Qolubitski ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti, həmçinin sərhədin bəzi hissələrində minatəmizləmə ilə bağlı məsələləri müzakirə edib”, - Ermənistan MN-nin mətbuat xidməti məlumat verib. **