İyulun 2-də “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncağın gündəliyinə “AzRe Təkrarsığorta”nın kapital mövqeyinin, investisiya siyasətinin, bölüşdürülməmiş mənfəətinin, törəmə cəmiyyətlərdə iştirak payının, bununla bağlı Direktorlar Şurasının təqdim etdiyi təkliflərin müzakirə edilməsi daxildir”, - deyə məlumatda bildirilir.
“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir. Nizamnamə kapitalı 50 milyon manata bərabərdir.*
Ə.Məmmədov