Nazirlər Kabineti ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayışın tələb olunmaması ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin saytında dərc olunmuş qərara əsasən, ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.
Qərara əsasən, ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.*
B.Rüstəmbəyov