Rusiya təhlükəsizlik sahəsində Ermənistanın bir nömrəli tərəfdaşı, strateji müttəfiqidir və İrəvan Moskvadan Azərbaycanla sərhəd münaqişəsi ilə bağlı “dəqiq ifadə edilmiş mövqe” gözləyir. Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“Biz rusiyalı həmkarlarımızla daim əlaqə saxlayırıq... və qeyd edə bilərəm ki, vəziyyətin həllində eyni yanaşmanın tərəfdarıyıq - Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasının sərhədindən çəkilməlidir”, - deyə Paşinyan Ermənistanın Parisdəki səfirliyində erməni icması ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının sərhədləri Sovet Ermənistanının inzibati sərhədləridir.
“Sovet dövründə dövlət sərhədinin delimitasiyası və demarkasiyası bu hissədə aparılıb. Bizdə olan və Sovet Ermənistanının və Sovet Azərbaycanının möhürləri ilə təsdiqlənmiş xəritələr RF-nin arxivlərində olan xəritələrlə eynidir və bu fakt qeydə alındıqda Azərbaycan bu sərhəd xətlərindən geri çəkilməlidir. Əks təqdirdə KTMT-nin 4-cü maddəsi (üzv ölkəyə qarşı təcavüz həyata keçirildikdə müştərək dəstəyin göstərilməsi) qüvvəyə minir”, - deyə Paşinyan qeyd edib.
“İlk addım olaraq biz həm Rusiyanın, həm də KTMT-nin bu məsələ ilə bağlı dəqiq, rəsmi mövqe bildirəcəyini gözləyirik”, - deyə Paşinyan vurğulayıb.*