Fransa regionda sabitliyi təmin etmək üçün fəal təşəbbüskarlıq siyasəti həyata keçirmək niyyətindədir. Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
“Fransa prezidenti beynəlxalq strukturların, o cümlədən ATƏT-in Minsk qrupunun regionumuzda sabitliyin və təhlükəsizliyin təmin olunmasına daha çox cəlb olunması üçün fəal təşəbbüskarlıq siyasəti həyata keçirmək niyyətindədir”, - deyə Paşinyan Ermənistanın Parisdəki səfirliyində erməni icması ilə görüşdə bildirib.
O xatırladıb ki, Ermənistan Təhlükəsizlik Şurasının iclasında vəziyyətin (Ermənistan-Azərbaycan sərhədində - İF) həlli üçün konkret təklif təqdim edib və bu yanaşma Fransa üçün məqbuldur”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, prezident Makron ilə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində “Qarabağ münaqişəsinin nizamlanması” prosesinin bərpası üçün tədbirlər müzakirə olunub.*