Belarusun “Belavia” aviaşirkəti “Ryanair” aviaşirkətinə məxsus təyyarənin Minskdə endirilməsi ilə bağlı insidentdən sonra bir sıra ölkələrin hava məkanını bağlaması səbəbindən sərnişin daşımalarının həyata keçirildiyi istiqamətlərin üçdə iki hissəsindən çoxunu itirib.
““Belavia”nın uçuşlar həyata keçirə biləcəyi ölkələr bunlardır: Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İsrail, Qazaxıstan, Türkiyə, Özbəkistan, BƏƏ”, - deyə aviaşirkətin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, “Belavia” 21 ölkəyə uçuşlar həyata keçirə bilmir.
“21 ölkə şirkət üçün böyük itki deməkdir, lakin “Belavia” kollektivi bu vəziyyətdən çıxmaq üçün əlindən gələni edir”, - deyə məlumatda vurğulanır.*