Aİ Azərbaycan-Ermənistan sərhədindəki problemin həllinə yardım etməyə hazırdır. Bunu Avropa Şurasının sədri Şarl Mişel deyib.
“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşdə Şarl Mişel Ermənistan tərəfinin sərhəddə mövcud olan problemi siyasi və sülh yolu ilə həll etmək niyyətini alqışlayıb və Aİ-nin bu prosesə kömək etməyə hazır olduğunu bəyan edib”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilir.*