Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri bu gün Moskvada Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində gərginliyin aradan qaldırılması yollarını müzakirə ediblər. Bu barədə məlumatlı mənbələr xəbər verib.
“İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında üçtərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində gərginliyin aradan qaldırılması yolları müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Tərəflər işçi əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.*