“Azərişıq” ASC elektrik sayğaclarının optik göz vasitəsilə oxunub verilənlər bazasına inteqrasiya olunmasının təmin edilməsi üçün proqram təminatının satın alınmasına 233 min manatdan çox vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “Smart-Electronics” MMC ilə 233,64 min manatlıq müqavilə bağlayıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova