“Azərbaycan Sənaye Bankı” (ASB) ASC 2020-ci ildə istehsal sahəsinin kreditləşdirilməsini artırıb, ticarət və xidmət, kənd təsərrüfatı və tikinti sahələri üzrə kredit portfelini azaldıb.
ASB-nin illik hesabatına əsasən, bank 2020-ci ildə istehsal sahəsinin kreditləşdirilməsi üzrə portfelini 3,6% - 149 milyon 49,101 min manata qədər artırıb, ticarət və xidmət sahəsinin kreditləşdirilməsi 13,7% - 107 milyon 487,21 min manata qədər azalıb.
2020-ci ilin sonuna bankın kredit portfelinin 79,8%-i bu iki istiqamətin payına düşüb.
2020-ci ilin sonuna ASB-nin kredit portfeli 321 milyon 550,81 min manat həcmində qiymətləndirilir və ötən il ərzində 3,9% azalıb.
31 dekabr 2020-ci il tarixinə fiziki şəxslərin kreditləşdirilmə payı 13 milyon 227,72 min manat, kənd təsərrüfatı sektorunun kreditləşdirilmə payı 34 milyon 991,785 min manat, tikinti sektorunun kreditləşdirilmə payı 3 milyon 347,118 min manat təşkil edir, qalan məbləğ digər istiqamətlərin payına düşür.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və ölkənin aparıcı banklarının onluğuna daxildir.*
Ə.Məmmədov