“Lukoil” “Dostluq” layihəsinin operatoru olmaq istəyir. Bu barədə jurnalistlərə şirkətin prezidenti Vaqif Ələkbərov məlumat verib.
““Dostluq” layihəsi ilə bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası saziş hazırlanır. Biz operator olmaq istərdik, payın həcmini hələ ki, bilmirik”, - deyə o bildirib.
Martın ortalarında şirkət Azərbaycan və Türkmənistanın Xəzər dənizində birgə işləməyi planlaşdırdığı “Dostluq” yatağının işlənməsində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, “Dostluq” yatağının neft ehtiyatları 50 milyon ton təşkil edir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq uzun illər mübahisəli hesab olunub.
Azərbaycan KİV-in məlumatına görə, hazırda Azərbaycanla Türkmənistan arasında hökumətlərarası saziş hazırlanır. Bu sazişə əsasən, yatağın karbohidrogen ehtiyatları tərəflər arasında 30% (Azərbaycan) və 70% (Türkmənistan) nisbətində bölüşdürüləcək.*