Prezident İlham Əliyev İsxak Hersoqu İsrail Dövlətinin Prezidenti seçilməsi münasibətilə təbrik edib.
“İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə bu gün dövlət başçısının saytında dərc olunmuş təbrik məktubunda bildirilir.
İyunun 2-də İsrail parlamenti İsxak Hersoqun prezident postuna namizədliyini əksər səs çoxluğu ilə dəstəkləyib. 120 deputatdan 87-si İsak Hersoqun lehinə səs verib. O, bu vəzifədə Reuven Rivlini əvəz edəcək.*
X.Nəsirzadə