İyunun 3-də Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyindəki məsələlər və bölgədəki cari vəziyyət müzakirə olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, məsləhətləşmələrdə Bakını Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Moskvanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edib.
“Tərəflər bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Siyasi məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov