Azərbaycanda koronavirus infeksiyasına 128 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 334,416 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 156 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4929 nəfərə çatıb.
Virusa yoluxmuş 325,863 min nəfər (sutka ərzində +445) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 624 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9563 (ötən gün 8834 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 542,035 min test aparılıb.*
X.Nəsirzadə