“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,52 – $71,8-dək bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
““Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $0,52 və ya 0,7% bahalaşaraq $71,8 təşkil edib”, - mənbə bildirib.
Ранее сообщалось, что при изменении цен на прочие сорта нефти меняется и стоимость азербайджанской легкой нефти. С учетом того, что Azeri Light относится к легким и низко сернистым сортам нефти, по отношению к Brent она продается с премией и стоит дороже.
Xəbəır verildiyi kimi, digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftə nisbətən premiya ilə satılır və qiyməti daha bahadır.
Ötən gün “Brent” markalı neftin bir bareli $71,31 olub.
2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.**
N.Abbasova