İsrail Azərbaycanla iqtisadi münasibətlərin inkişafının tərəfdarıdır və Azərbaycanın səfirliyinin açılmasını səbirsizliklə gözləyir. Bu barədə İsrail Dövlətinin prezidenti Reuven Rivlin bəyan edib.
Rivlin Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan məktubun mətnində deyilir. **
B.Rüstəmbəyov