Azərbaycan-Türkiyə 14-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2022-ci ildə Ankara şəhərində keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu qərar Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair qəbul olunub, iclasda hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub.
“İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib”, - məlumatda deyilir.
Məlumata görə, iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb. **
X.Nəsirzadə