ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
ABŞ səfirliyinin məlumatına görə, Rikerin regional səfəri 6-13 iyun tarixlərinə planlaşdırılıb.
“Səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi və bölgədə demokratik və iqtisadi inkişafa dəstək olmaqdır”, - deyə məlumatda bildirilir.
ABŞ rəsmisi Azərbaycanda və Ermənistanda hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək, Qarabağ nizamlanması ilə bağlı məsələləri və ikitərəfli prioritetləri müzakirə edəcək.*