“Williams”ın pilotu Corc Rassell Azərbaycan Qran-prisinin təsnifat mərhələsini buraxa bilər. Bu barədə İngiltərə komandasının mətbuat xidməti məlumat yayıb.
Sərbəst yürüşlərin üçüncü sessiyasından sonra pilotun bolidində mexaniki problemlər qeydə alınıb.
Komanda su nasosu sistemində sızma aşkar edib. Problemi aradan qaldırmaq üçün mühərrik dəyişdirilməlidir.
“Williams” Rassellin maşını üzərində işi şənbə günü keçiriləcək təsnifata qədər başa çatdırmaya bilər.*
R.Əhmədov