Azərbaycanda koronavirus infeksiyasına 108 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 334,647 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 123 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4936 nəfərə çatıb.
Virusa yoluxmuş 326,619 min nəfər (sutka ərzində +350) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 92 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8331 (ötən gün 9 585 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 559,951 min test aparılıb.*
N.Abbasova