“Maklaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisinin yekunları üzrə cərimələnib.
“Maklaren”in məlumatında qeyd olunur ki, britaniyalı kvalifikasiyanın birinci seqmentində trasdakı qırmızı bayraqlara məhəl qoymayaraq boksa girmədiyinə görə cəzalandırılıb. Yarışçı 3 cəza balı alıb və 3 mövqe itirib.
Beləliklə, şənbə kvalifikasiyasında 6-cı olan Norris bu gün 9-cu yerdən start götürəcək.*
Xəbərlər şöbəsi