“Red Bull” komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu.
Bu, onun “Red Bull” komandasında ilk, karyerası ərzində isə ikinci qələbəsidir.
Azərbaycan Qran-prisində Sebastyan Fettel (“Aston Martin”) ikinci, Pyer Qasli (“AlphaTauri”) isə üçüncü yeri tutub.
Azərbaycan Qran-prisindən sonra şəxsi sıralamada ilk iki mövqe dəyişməz qalıb - Ferstappen (105 xal) və Hamilton (101 xal) mövqelərini qoruyublar. Azərbaycan Qran-prisinin qalibi Serxio Peres isə 69 xalla ümumi sıralamada 3-cü yerə yüksəlib.
Mühəndislər kubokunda 174 xala malik “Red Bull” birinci, “Mercedes” (148 xal) ikinci, “Ferrari” (94 xal) üçüncüdür.*
Ə.Məmmədov