Bu gün Azərbaycan Qran-prisinin qalibi olan Serxio Peres etiraf edib ki, yarışda mübarizəni dayandırmağa yaxın olub.
“Mən çox xoşbəxtəm! Bakıdakı yarışlar adətən olduqca fantastik olur, ancaq Maks Ferstappenə görə çox təəssüflənirəm, axı o, çox gözəl yarış keçirdi, əgər biz qələbə dublunu qazansaydıq, komanda üçün son dərəcə yaxşı olardı. İstənilən halda bu, bizim üçün fantastik bir gündür! Biz yarışı tərk etməyə yaxın idik, amma bəxtimiz gətirdi”, - deyə “Red Bull”un pilotu bildirib.
Peres əlavə edib ki, bugünkü qələbə həm onda, həm də bütün komandada daha çox əminlik yaradacaq.*
R.Əhmədov