Bu gün Bakıda finiş xəttini ikinci keçən və “Aston Martin” üçün tarixdə ilk podium qazanan, eləcə də azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə görə “Günün yarışçısı” adına layiq görülən almaniyalı pilot Sebastyan Fettel bu nəticəni gözləmədiyini bildirib.
Onun sözlərinə görə, Bakıdakı podium “Aston Martin” üçün çox şey deməkdir. “Mövsümün başlanğıcı çox çətin oldu, ancaq burada çox gözəl yarış keçirdik, yaxşı temp uğurun açarı oldu! Əla gündür, çox xoşbəxtəm və bütün komandamıza görə şadam”, - deyə 4 qat dünya çempionu vurğulayıb.*
R.Əhmədov