16 iyul 2021-ci il tarixində “”Expressbank ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılıb. Bu barədə bankın elanında deyilir.
“Yığıncaq çərçivəsində səhmdarlar 2020-ci il ərzində bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını təsdiqləməlidirlər”, - elanda deyilir.
Bundan başqa, səhmdarlar bankın fəaliyyəti ilə əlaqədar digər məsələləri də müzakirə edəcəklər.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycada aparıcı 20 bankın sırasına daxildir. Bankın səhmdarları fərdi şəxslərdir. **
Ə.Məmmədov