Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlu bölgədə mövcud vəziyyəti müzakirə ediblər.
Bazar ertəsi iki ölkənin XİN başçıları arasında telefon danışığı baş tutub.
“Telefon danışığı zamanı nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Qarabağa dair üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb”, - XİN-in məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov