Azərbaycan Ermənistanla sərhəddə Qaragöl ətrafında vəziyyətlə bağlı bütün zəruri məlumatı BMT-nin baş katibinə təqdim edib.
“Azərbaycanla Ermənistan arasında bütün sərhədyanı məsələlər təşkil olunan əlaqə kanalları vasitəsilə iki ölkənin sərhəd orqanları tərəfindən həll olunmalıdır. 2021-ci il mayın 12-dn etibarən Azərbaycan Sərhəd Xidmətinin rəhbərliyi bu bölgədədir və Qaragöl ətrafında vəziyyətin normallaşması ilə bağlı danışıqlar aparır. Azərbaycan beynəlxalq tərəfdaşlara bütün zəruri məlumatı ünvanlayıb. Ermənistan isə beynəlxalq birliyi yanıltmağa davam edir. Bu səbəbdən, biz unutmamalıyıq ki, falsifikasiyalar və uydurmalar çoxdan Ermənistana xas olan amillərdir”, - Azərbaycanın BMTyanındadaimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin baş katibiAntonio Qutterişə ünvanladığı məktubda deyilir.
O vurğulayıb ki, Azərbaycan və Ermənistan tərəflərdə mövcud olan rəsmi xəritələr əsasında dövlət sərhədini dəqiqləşdirirlər.
“Ermənistan tərəfindən Qaragöl ətrafında vəziyyətlə bağlı apardığı təxribat kampaniyası 20 iyun tarixində bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində daxili siyasi proseslərdən irəli gəlir”, - sənəddə vurğulanır.
Əliyev öz məktubunda qeyd edir: “Çoxsaylı danılmaz faktlara, Ermənistan onillər boyu Azərbaycana qarşı törədilən təcavüzü, Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə insanın öz yurdların qovulması faktını, işöal olunmuş rayon və şəhərlərin dağıdılması və talan olunmasını, münaqişə zamanı on minlərlə dinc Azərbaycan sakininin qətlə yetirilməsini israrla təkzib edir”.
Məktubda vurğulanır ki, Azərbaycan hər hansı ölkənin ərazilərinə iddia etmir, lakin öz torpağının bir qarışını belə verməyəcək. “Azərbaycan iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində biri-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət əsasında dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıdır və Ermənistandan da eyni mövqe gözləyir”, - məktubda deyilir. **
B.Rüstəmbəyov