Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 840 min manat ayırmağı tapşırıb.
Sərəncama əsasən, Cəlilabad rayonunda 6, Masallı rayonunda – 4, Lənkəran rayonunda -1, Yardımlı rayonunda – 1 quyu qazılacaq.
Bu, əhalisi 33,55 min nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün həyata keçirilir.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev bazar ertəsi müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov