Azərbaycan 2021-ci ilin yanvar-may aylarında $907,6 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin 5 ayının göstəricisindən 25,4% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
Ümumilikdə, cari ilin 5 ayı ərzində tərəvəz ixracı $206,1 milyon, xammal pambıq ixracı - $109,3 milyon, alüminium və alüminium məhsulları ixracı - $57,9 milyon, qara metal ixracı - $39,7 milyon, çiyidli pambıq ixracı - $17,8 milyon, kimya məhsulları ixracı - $19,2 milyon, qənd ixracı - $16,3 milyon, bitki-heyvan yağları ixracı - $13,8 milyon, spirtli və alkoqolsuz içkilərin ixracı - $5,8 milyon, çay ixracı - $3,7 milyon təşkil edib.
Mərkəzin məlumatına görə, 202q-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixrac həcmi $8 milyard təşkil edib.
O cümlədən, may ayında ixracın həcmi $1,6 milyard tə.kil edib, bunun $210,5 milyonu qeyri-neft məhsullarının payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov