Azərbaycanda koronavirus infeksiyasına 32 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 334,747 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Bu, 2021-ci ilin əvvəlindən Azərbaycanda COVID-19-a ən aşağı yoluxma göstəricisidir.
Ötən gün 68 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 945 nəfərə çatıb.
Virusa yoluxmuş 327,114 min nəfər (sutka ərzində +221) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 688 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 673 (ötən gün 7 794 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 572,418 min test aparılıb.**
N.Abbasova