Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel RF prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Ukrayna, Belarus, COVİD-19-a qarşı vaksinasiya ilə əlaqədar məsələləri, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.
“O cümlədən, Liviya, Ermənistanla Azərbaycan arasında münaqişə, həmçinin, pandemiya, vaksinlər və digər qlobal məsələlər dair fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir. **