RF prezidenti Vladimir Putin ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında baş tutmuş telefon danışığı zamanı Rusiya ilə Aİ arasında hərtərəfəli münasibətlər, həmçinin bir sıra aktual beynəlxalq problemlər, eyni zamanda, Qarabağ məsələsi müzakirə olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat veir.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2002-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının tədricən reallaşdırılmasının əhəmiyyəti nəzərə alınmaqla, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə olunub. Prioritet vəzifələr arasında bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli qeyd olunub”, - məlumatda deyilir.
Mişel, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti ilə həyata keçirilən fəaliyyətə dəstək ifadə edib. **