Fransanın xarici işlər naziri Jan-İv Le Drian və Almaniyanın xarici işlər naziri Hayko Maas RF XİN başçısı Sergey Lavrov ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər. Bu barədə Fransa XİN-dən məlumat verilib.
“Le Drian Ukraynanı müzakirə ilə paralel olaraq Fransanın Ermənistanla Azərbaycan arasında gərginliyin azalması ilə bağlı nailiyyətləri üzrə səylərini xatırladıb”, - məlumatda deyilir.
Nazirin sözlərinə görə, Fransa bu məsələ ilə əlaqədar Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırdır: hər iki ölkə ABŞ ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir. **