Sahibkarlığın İnkişafı Fondu (SİF) bir sıra xidmətlərin göstərilməsi üçün məsləhətçi cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Deloitte & Touche” şirkəti ilə aşağıdakı işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlanıb: “Fondun vəsaitlərinin dövriyyəsinə nəzarət proqramı”na texniki dəstəyin göstərilməsi; “İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi”; Sahibkarlığın İnkişafı Fondunun daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin göstərilməsi.
Müqavilənin dəyəri 57,702 min manatdır.*
B.Rüstəmbəyov